Pomidor qripi kimi tanınan və adını dəridə yaranan ağrılı qırmızı qabarcıqlardan alan yeni virus Hindistanda ortaya çıxıb və indiyədək beş yaşından kiçik onlarla uşağa yoluxub.
Yenisabah.az xəbər verir ki, Hindistanın Kerala və Odişa ştatlarında 82 uşaqda “pomidor qripi” aşkarlanıb.
Virusun ilk dəfə Kerala əyalətinin Kollam şəhərində, Ançal, Aryankavu və Neduvathur bölgələrində 5 yaşdan kiçik uşaqlarda görüldüyü bildirilib. Toyuqlu pizza
Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər.
Adını dəridəki qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.
Telegram kanalımız