Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmədə bölgələr, cins və yaş qrupları üzrə statistikanı açıqlayıb.
S. Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır:
“Birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir. Həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır”. Nazir həmçinin qeyd edib ki, digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, birdəfəlik ödəmə proqramının icrası ilə bağlı da Nazirlik ictimai açıqlığa və ictimai nəzarətə xüsusi önəm verir: “Bu məqsədlə birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı da Nazirliyin saytında yerləşdirilib”. Dördpendirli pizza
Telegram kanalımız