Birigün Bakıətrafı yollardan biri bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Birigün Bakıətrafı yollardan biri bağlanacaq

Sosial

15 May 2025 14:41 186


Mayın 17-dən Bakıətrafı yollardan biri bağlanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Gecə saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkətinə qadağa qoyulacaq. pizza mizza

Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.

Sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etmələri tövsiyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!