“Birinci Kanal” Marinanı Britaniya səfirliyi ilə əlaqədə ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

“Birinci Kanal” Marinanı Britaniya səfirliyi ilə əlaqədə ittiham etdi

Maraqlı

21 Mart 2022 21:23 429


“Birinci Kanal”ın Xəbərlər Departamentinin rəhbəri Kirill Kleymenov “Vremya” verilişinin canlı yayımında Ukraynadakı müharibəyə etiraz edən Marina Ovsyannikovanın hərəkətini xəyanət adlandırıb.

Kleymenov qeyd edib ki, bu, planlaşdırılmış aksiyadır.

“Bizdə olan məlumata görə, aksiyadan əvvəl Marina Ovsyannikova Britaniya səfirliyi ilə danışıb”, - deyə Kleymenov bildirib. pizza mizza

Kleymenov əmin olduğunu bildirib ki, Ovsyannikova hamıya, o cümlədən 20 ilə yaxın birgə işlədiyi insanlara xəyanət edib.(oxu.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!