Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib

saytların hazırlanması

Evə çatdırılma

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib

Siyasət

29 Oktyabr 2020 13:19 766


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə xalqını təbrik edib.

Yenisabah.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! pizza sifarişi

Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!