Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris Azərbaycan millisinin də yer aldığı UEFA Millətlər Liqasındakı rəqibləri barədə ölkəsinin mətbuatına açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, o, birinci yer üçün mübareizə aparacaqlarını söyləyib:
"Qrupumuz yaxşıdır. Birinci yer üçün mübarizə aparacağıq. Çünki birinci olan komanda yarışın final mərhələsində mübarizə aparacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu pillənin sahibi isə aşağı liqaya düşəcək. Bütün matçlara final oyunu kimi çıxacağıq. Futbolçular meydanda mübarizə aparacaqlar. Yeni bir başlanğıc üçün gözəl vaxtdır".
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Kiprlə yanaşı, Monteneqro və Lüksemburqla eyni qrupda yer alıb.
Xatırladaq ki, yığmamız Kiprlə ilk matçını sentyabrın 8-i səfərdə, ev oyununu isə oktyabrın 12-i evdə keçirəcək. Telegram kanalımız