Birini at, birini çaqqal dişlədi

saytların hazırlanması

Evə çatdırılma

Birini at, birini çaqqal dişlədi

Sosial

26 Fevral 2019 20:21 1650


Ağcabədi sakinini at, Ağdam sakinini çaqqal dişləyib.

Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Sadiq Yunis oğlu Quliyev öz həyətində toyuqlarına hücum çəkən çaqqalı qovmaq istəyərkən yırtıcı heyvanın hücumuna məruz qalıb. Çaqqal onun sağ əl barmaqlarını dişləyib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. 

Daha sonra xəstəxanaya Ağcabədi rayonunun Sarıcalı kənd sakini, 1974-cü il təvəllüdlü Samir Eldar oğlu Səfərov sağ əlinin yarası ilə müraciət edib. O, ilkin ifadəsində əlini atın dişlədiyini bildirib. Hər iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Marqarita pizza

Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, fevral ayında xəstəxanaya 20 nəfər it, 1 nəfər çaqqal, 1 nəfər at, 4 nəfər pişik və 1 nəfər siçan dişləməsindən müraciət edib.

ONA.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!