Birini öldürdülər, digərini yandırdılar   - Dəhşətli qətllərin təfərrüatı 

saytların hazırlanması

Evə çatdırılma

Birini öldürdülər, digərini yandırdılar - Dəhşətli qətllərin təfərrüatı 

Kriminal

22 Aprel 2020 12:54 684


Xaçmaz rayonunda bir nəfəri zəhərləyərək, digərini isə bıçaqla qətlə yetirən 3 nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər. 

“Yeni Sabah”ın məlumatına görə, qəsdən adam öldürmə, quldurluq maddələri ilə ağır cəza alan Qalib Kərimov, Vüsal Rüstəmov və Fürudin Axverdiyevin məhkəmə prosesi hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək. 

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətlərilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.  Marqarita pizza

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Rüstəmovla Fürudin Axverdiyev 20 il, Qalib Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!