“Birinin pulunu aldı, birini pay verdi” - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Birinin pulunu aldı, birini pay verdi” - Əməkdar artist

Şou

06 Yanvar 2024 15:02 3711


Əməkdar artist Mətanət İsgəndərli tamaşaçıların ona olan sevgisindən razıdır. Müğənni bu barədə "Gündən günə" verilişində danışıb. 

Yenisabah.az xəbər verir ki, Əkbər Əlizadənin qonağı olan M.İsgəndərli tamaşaçıların onun sənətinə yüksək qiymət verdiyini bildirib: "Bir dəfə nəvələrimi sirkə aparmışdım. Sirkin qarşısında bir oğlan pambıqdan hazırlanmış şirniyyat satırdı. Həm uşaqlara, həm də özümə aldım. Satıcı pulu alandan sonra məni tanıdı. Dedi ki, əvvəldən tanısaydım, sizdən pul götürməzdim. Amma bununla da yetinmədi. Həmin pambıqlı şirniyyatdan birini bizə hədiyyə etdi". 

Əməkdar artist deyib ki, sirkdə tamaşa izləyərkən növbəti sürprizlə qarşılaşıb. Bu dəfə tamaşaçılardan biri ona bahalı gül dəstəsi hədiyyə edib: "Həmin vaxt nəvəm Tuncay da yanımda idi. Tuncaya dedim ki, tamaşaçı bu gül buketini aktyorlar üçün almışdı, amma məni görüncə özünü saxlaya bilməyib hədiyyə etdi. Bax, budur tamaşaçı məhəbbəti!"  Marqarita pizza

Sonda müğənni efirdən pərəstişkarlarına öpüş göndərməklə onlara olan sevgisini ifadə edib. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!