Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib

saytların hazırlanması

Evə çatdırılma

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib

Sosial

16 Sentyabr 2025 13:07 217


Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı qarşılayıb. Dominos pizza

Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!