Azərbaycan və daha 4 ölkənin ordusu birgə əməliyyatların keçirilməsini məşq edir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və daha 4 ölkənin ordusu birgə əməliyyatların keçirilməsini məşq edir

Siyasət

20 Oktyabr 2025 09:57 307


Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir. 

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir. Dominos pizza

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı  fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!