Avstraliyada bir şəxsin birlikdə olduğu qadınların bədəninə damğa vurduğu, şəkil çəkdirdikdən sonra isə onları tələyə saldığı ortaya çıxıb.
Yenisabah.az xəbər verir ki, 35 yaşındakı Mattyu Ceyms Markkrou bu günədək 4 qadını tələyə salaraq fahişəliyə məcbur edib. O, 17-24 yaş arası dəyişən qadınların bədəninə “Matt M-in mülküdür” döyməsi etdirib. Bütün bunlar onun son sevgilisi Kristal Marinin polisə şikayətindən sonra üzə çıxıb. Şəxsin 15-35 il arası həbs cəzası alması gözlənilir.
Telegram kanalımız