Bisavad Paşinyan yenidən gülünc vəziyyətə düşdü - Çıxışı zamanı

saytların hazırlanması

Evə çatdırılma

Bisavad Paşinyan yenidən gülünc vəziyyətə düşdü - Çıxışı zamanı

Rəsmi

13 İyun 2021 10:19 1190


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Geğarkunik bölgəsindəki seçkiqabağı mitinqdəki çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, sonra isə baş nazir adlandırıb.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Paşinyan 15 erməni hərbçinin Azərbaycandan buraxılması və mina xəritəsinin verilməsindən danışan zaman bu səhvə yol verib.

“Rusiya prezidenti ... baş naziri Sergey Lavrov İrəvana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...”, - deyə çıxış edən Paşinyan öz səhvinin fərqinə də varmayıb. pizza sifarişi

Bu zaman onun arxasında dayanan xanımı Anna Akobyan və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan Paşinyana gülüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!