“Bişərəflər Ermənistanın şərəfini necə qoruyacaq?!”   - Armen Aşotyan

saytların hazırlanması

Evə çatdırılma

“Bişərəflər Ermənistanın şərəfini necə qoruyacaq?!” - Armen Aşotyan

Rəsmi

31 May 2021 17:22 1121


“Zohrab Mnatsakanyan, Ara Ayvazyan, David Tonoyanı heç vaxt bağışlamayacağam”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan tərəfdarları vasitəsilə təbliğ edilən antimilli fəaliyyətini davam etdirəcək. “2 il yarım Paşinyan işləri pisləşdirir, Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Zohrab Mnatsakyan malalayır, bununla da erməni xalqını aldadırdı. Son müharibədəki məğlubiyyətin səbəblərindən biri məhz məhv olmuş diplomatiyadır. 9 Noyabrdan sonra xain-təslimçi ilə işləməyə razı olan Ara Ayvazyan da günahkardır. Axı o nə baş verdiyini görürdü. Yanvarın 11-də, əsirlər geri qaytarılmasa da, kommunikasiyalarla bağlı sənədi imzalayıb! İndi, “ölümündən əvvəl” günahlarını etiraf etmək istəyər?!”. Dördpendirli pizza

Baş Qərargah rəisi Artak Davtyan da partiya funksionerinin tənqidinə tuş gəlib. Aşotyanın sözlərinə görə, şərəfindən məhrum olan bir insan dövlətin şərəfini qoruya bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!