Bitcoin rəsmi valyutaya çevrilir

saytların hazırlanması

Evə çatdırılma

Bitcoin rəsmi valyutaya çevrilir

İqtisadiyyat

28 Aprel 2022 11:57 501


Bitcoin Mərkəzi Afrika Respublikasında rəsmi valyutaya çevrilir.

Yenisabaha.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Amerika ölkəsi El Salvadordan sonra Mərkəzi Afrika Respublikası da Bitcoin kriptovalyutasını rəsmi valyutaya çevirib.

Dünyanın ən kasıb ölkələrindən biri olan Mərkəzi Afrika Respublikası Rəyasət Heyətindən verilən açıqlamada millət vəkillərinin yekdilliklə Bitcoin-i ölkənin qanuni pul vahidi kimi qəbul etdikləri bildirilib. Qərar Mərkəzi Afrika Respublikasını dünyanın ən cəsur və ən uzaqgörən ölkələri sırasına daxil edib. pizza

WorldData saytına görə, hər hansı kriptovalyutadan istifadə etmək üçün internet tələb olunsa da, 2019-cu ildə Mərkəzi Afrika Respublikası sakinlərinin yalnız 4 faizinin internetə çıxışı olub.

Qeyd edək ki, ölkə hazırda Afrikadakı digər keçmiş Fransa koloniyalarının əksəriyyəti tərəfindən istifadə edilən Fransa tərəfindən dəstəklənən CFA frankından istifadə edir.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!