Bu gün keçirilən hərraclarda bitkoinin məzənnəsi bir saat ərzində 5 000 ABŞ dolları artaraq 37 299 dollara çatıb.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bu kəskin bahalaşmaya məşhur iş adamı, “Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Mask tərəfindən tvitterdə bitkoin həştəqinin yerləşdirilməsi səbəb olub.
Məlumata görə, hərrac zamanı 11,09 faiz bahalaşaraq 37 024 dollar səviyyəsinə yüksələn bitkoin bu ay 41 940 dollarlıq tarixi maksimuma çatdıqdan sonra bir həftə keçmiş kəskin ucuzlaşdı. Bütövlükdə ilin əvvəlindən bitkoin 25 faizədək bahalaşıb. Toyuqlu pizza
Telegram kanalımız