“Biz Ermənistana dəfələrlə demişik ki...” -   Səfir Seyid Abbas Musəvi

saytların hazırlanması

Evə çatdırılma

“Biz Ermənistana dəfələrlə demişik ki...” - Səfir Seyid Abbas Musəvi

Siyasət

04 Noyabr 2020 15:24 1596


İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini dəstəkləyir.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir bildirib ki, İran münaqişənin həlli ilə bağlı məsələdə hər zaman eyni mövqedən çıxış edib: pizza mizza

"Bu məsələ beynəlxalq aləmin qəbul etdiyi hüquq prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan İranla qonşu olsa da, biz onlara dəfələrlə demişik ki, Dağlıq Qarabağ məsələsi beynəlxalq qanunların qoyduğu tələblər əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Artıq bununla bağlı İranın Ali Rəhbəri tərəfindən münasibət bildirilib. Ali Rəhbərin “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad edilməlidir və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır” fikri İran hökumətinin məsələ ilə bağlı münasibətini bir daha ortaya qoyur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!