Türkiyə bütün sahələrdə dünya ilə rəqabət aparacaq.
Yenisabah.az NTV-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan bunu Silivri qaz anbarının açılış mərasimində çıxışı zamanı deyib.
"Biz hakimiyyətə gələndə böhran içində, çəkişmələrin, davaların içində olan bir Türkiyə vardı. 20 illik fəaliyyətimizlə ölkəmizi ən üst səviyyədə təmsil olunacaq bir duruma gətirdik. Ölkəmiz hər sahədə dünya ilə rəqabət edəcək. Bu hədəfimizi ictimaiyyətlə paylaşmışıq", - deyə Türkiyə prezidenti bəyan edib. pizza mizza
Ərdoğan, həmçinin təmirdən sonra açılışında iştirak etdiyi anbarın Avropanın ən böyük qaz anbarı olacağını vurğulayıb.
Telegram kanalımız