"Seçkilərə bağlı araşdırma işləri şəffaf keçirilib".
"Yeni Sabah" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilərlə əlaqədar 4 seçki dairəsində səsvermənin nəticələri ləğv edilib: "Kifayət qədər məntəqələrin nəticələri etibarsız sayılıb. Biz lazımi qərarları qəbul etmişik. Bu gün MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb". /Report Telegram kanalımız