“Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın“ - FHN+Video

saytların hazırlanması

Evə çatdırılma

“Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın“ - FHN+Video

Sosial

05 Aprel 2020 19:18 1028


Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus (COVID-19) infeksiyası səbəbilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqəli video çarx yayımlayıb.

Yenisabah.az xəbər verir ki, FHN videonu "Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın" başlığı ilə paylaşıb.

"Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Pepperoni pizza

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq",- deyə paylaşımda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!