“Biz və bizim dağlar milli heykəltəraşlıq məhsuludur” -   Ermənilərin niyyəti

saytların hazırlanması

Evə çatdırılma

“Biz və bizim dağlar milli heykəltəraşlıq məhsuludur” - Ermənilərin niyyəti

Sosial

07 İyul 2025 12:29 1399


“Biz və bizim dağlar” heykəli Azərbaycan dövlətinin hesabına hazırlanıb. Heykəltəraşı erməni olsa da, abidə Azərbaycanın maddi sərvəti sayılır. Bu heykəl Azərbaycan heykəltəraşlıq tarixinin məhsuludur. Təbii ki, o qalmalıdır”.

Bu sözləri "Yeni Sabah"a memar Elçin Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinə bir çox xalqların nümayəndələri öz töhfəsini verib: pizza

“Bu abidə birmənalı olaraq qalmalıdır. Biz böyük dövlətdə yaşamışıq, bu tariximizdir. Fəxr etməliyik ki, mədəniyyətimiz öz bazasında çoxmillətli mədəniyyətləri özünə cəlb edə bilib. Bununla fəxr etməliyik. Məsələn, Bakının heyranedici memarlığına polyak, rus, alman, erməni memarları öz töhfəsini verib. Amma sovet dövrünün bütün heykəllərini demək olar ki, yığışdırmışıq. Niyə görə? Təəssüf, bu mədəniyyətsizlikdir!

Baltikyanı və digər keçmiş sovet regionlarına gedirsən, belə heykəllər, memarlıq abidələri hələ də qalmaqdadır. Yaxud Parisdə Napaleonun dövründən qalan heykəllər var. Fransızlar indi Napaleonu söyür, tənqid edir, amma onun dövrünə aid mədəniyyət nümunələri hələ də qorunur. Yəni  tarixinə hörmətlə yanaşmanı götərirlər. Biz isə tariximizi silmişik”. 

Memar vurğulayıb ki, “Biz və bizim dağlar” heykəli Azərbaycan dövlətinin hesabına hazırlanıb. Heykəltəraşı erməni olsa da, abidə Azərbaycanın maddi sərvətidir. Bu heykəl Azərbaycan heykəltəraşlıq tarixinin məhsuludur. Təbii ki, qalmalıdır.

Əminəm ki, vaxt gələcək, bəlkə də 10, 15, yaxud 20 ildən sonra ermənilər Bakıya qayıdacaq. Qoy onda görsünlər ki, mədəniyyətimiz o dərəcədir ki, həmin memarlıq abidələrinə, heykəllərə əl vurmuruq.

Nə memarlıq abidələrinə, nə də sokral memarlığa əl vurmamalıyıq. Amma təəssüf ki, bəzi yerlərdə onlar sökülür”. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!