“Bütün yaramazlıqlar qalmışdı, belə bir şayiə yaydılar ki, Bakının mərkəzi futbol günlərində vətəndaşlarımız üçün bağlanacaq. Cənablar, siz səhv edirsiniz. Biz müstəqilliyimizi ona görə qazanmamışıq ki, vətəndaşlarımızı ikinci sort insanlara çevirək”.
“Yeni Sabah”ın məlumatına görə, bunu deputat, YAP-ın siyasi şurasının üzvü Aydın Mirzəzadə deyib. O bildirib ki, heç bir halda belə bir hərəkət ola bilməz:
“Bir qara PR idi, dövriyyəyə buraxıldı. Təəssüf edirəm ki, Azərbaycanda həmin PR-ı genişləndirməyə maraqlı olan siyasi qruplar, şəxslər, xaricdən maliyyələşən müəyyən saytlar da oldu. Belə bir yanaşma var – Əgər birini ləkələmək istəyirsənsə, onun üstünə palçıq at. O palçıq təmizlənənə qədər kənardan 10 nəfər də olsa, onu üstü palçıqlı görəcək. Nədənsə Azərbaycana palçıq atmaq istəyənlər sıraya düzülüblər. Biz müstəqilliyi ona görə qazanmamışıq ki, kiminsə tapşırıqlarını yerinə yetirək. Bütün bunların kökündə bir fəlsəfi, mənəvi məsələ durur – Azərbaycana sevgi və antisevgi”. Dominos pizza
Günay Rəsulqızı
Telegram kanalımız