“Ümumi ölkə üzrə götürəndə bizdə kənd təsərrüfatında 1 milyon 750 min adam çalışır və onlar il ərzində 3.9 milyard AZN məhsul istehsal edir”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, adambaşı götürəndə bir aya bir adam cəmi 187 manatlıq, yəni 110 dollarlıq məhsul istehsal edir.
N. Cəfərlinin sözlərinə görə, Türkiyədə aqrar sektorda çalışan hər bir şəxs ayda 978 dollarlıq məhsul istehsal edir, yəni bizdən 9 dəfə çox: “Bizdəki qədər aşağı məhsuldarlıq heç quldarlıq, feodalizm dövründə də olmayıb. Belədə ki, bizdə elə feodalizmdir, sadəcə WiFi var”. pizza
Telegram kanalımız