“Əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib”.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, Azərbaycanda suriyalı muzdlular yoxdur: Dördpendirli pizza
“Biz bu barədə danışdıq (Fransa Prezidenti Emmanuel Makronla danışıq nəzərdə tutulur) və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb”.
Prezident bildirib ki, Azərbaycanın xarici ölkələrdən muzdlu döyüşçü gətirməsinə ehtiyac yoxdur:
“Bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”.
Telegram kanalımız