“Bizdə qiymətlər çox aşağıdır” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Bizdə qiymətlər çox aşağıdır” - Nazir

İqtisadiyyat

11 Noyabr 2021 15:18 1310


"Dünyada qiymətlərin dəyişməsinə heç kim zəmanət verə bilməz".

Yenisabah.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışarkən bildirib.

“Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycanda kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”,- S.Şərifov əlavə edib. Dördpendirli pizza

Nazir dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini də izah edib:

“İlkin mərhələdə büdcə proqnozlarında neftin qiyməti aşağı səviyyədə nəzərdə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - nazir bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NEFT ÖLKƏSİNDƏ XALQ DAHA YAXŞI YAŞAMALIDIR. NƏİNKİ MƏMUR. BELƏ ÇIXIRKİ AZƏRBAYCANDA ALİ AKİMİYYƏT TARİF ŞURASINA MƏXSUSDUR. MM- QƏRARLARINI PREZİDENT TƏSDİQ EDİR. TŞ-IN QƏRARLARINA NƏZARƏT YOXDUR QƏRARLARINA HEÇ BİR TƏSDİQ ETMƏ YOXDUR.
    5 years ago
  • RAHİM
    Hörmətli nazir qiymətləri Siz əhalinin aldığı məvacibə uyğun müəyyən edin. Neft ölkəsində niyə Gömrükçülər , Sokardakılar xalqdan yaxşı yaşayırlar?
    5 years ago