“Zəhmət çəkib bu dövlət sahib çıxsın, əks halda...”

saytların hazırlanması

Evə çatdırılma

“Zəhmət çəkib bu dövlət sahib çıxsın, əks halda...”

Mədəniyyət

11 Mart 2021 15:51 2062


Ötən gün ADO teatrına (Azərbaycan Dağınıq Oda Teatrı) 15 mart tarixinə qədər məkanlarını təhvil verməklə bağlı xəbərdarlıq edilib. İcarə haqqını ödəyə bilməyən 9 yaşlı ADO əks təqdirdə bütün əşyaları ilə birgə küçəyə göndəriləcək.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan ADO teatrının qurucusu və rəhbəri Elmin Bədəlov teatr kollektivinin məkanın icarə haqqını ödəyə bilmədiyi üçün uzaqlaşdırılacağını qeyd edib:

“Pandemiya artıq bir ildir davam edir və teatrlar fəaliyyətini dayandırıb. Buna baxmayaraq, icarə haqqını ödəməyə davam edirik. Hər ay icarə haqqını ödəyirik, amma ortada bir şey yoxdur. Artıq vəziyyət çıxılmaz nöqtəyə gəlib. Bizə mart ayının 15-nə qədər vaxt qoyulub, pulu ödəməliyik, əks təqdirdə 9 il ərzində yığılmış rekvizitlərilə birlikdə Mirzəağa Əliyev 245 ünvanında fəaliyyət göstərdiyimiz məkanı itirəcəyik.”. Marqarita pizza

Sosial şəbəkələrdə teatra könüllü yardım kampaniyası başlatmaq təklif edilsə də teatr rəhbəri kollektivin könüllü ianə dəstəyini qəbul etmək istəmədiyini deyib:

“Biz teatr kollektivi olaraq heç bir ianə qəbul etmək istəmirik. Çünki ianə etmək istəyən şəxslərin əksəriyyəti elə bizim tamaşaçılarımızdır. Düzdür, insanlar bizə dəstək olmaq istəyirlər, bunu təklif edirlər, lakin bu, müvəqqəti bir şey olacaq. Biz özümüz də əşyalarımızı müvəqqəti saxlaya biləcəyik. Pandemiyanın nə qədər  sürəcəyi bəlli deyil, ortada bir şey yoxdur, dövlət bu məsələ ilə maraqlanmır. Biz də konkret olmaq istəyirik, birdəfəlik ya o yanlıq, ya da bu yanlıq olsun istəyirik. Əgər bu məsələ düzəlməsə, biz öz əşyalarımız çıxarıb küçəyə qoyacağıq. Bu, bizim bir növ etirazımız olacaq”.

Elmin Bədəlov bu olayın arxasında heç bir siyasi motivin olmadığını bildirib:

“Bizim məkandan çıxarılmağımızda hər hansı siyasi motiv görmürəm. Çünki bu yer sahibi ilə bizim aramızda bu günə qədər hər hansı tamaşa  ilə bağlı heç bir problem yaşanmayıb. Bu məsələ sırf yer sahibi ilə bizim aramızdadır. Bizim fəaliyyət göstərdiyimiz yer onun şəxsi mülküdür və o, məkanın ödənişini tələb edir, şəxsin özü ilə hər hansı  problemimiz yoxdur. 

Məkan sahibi güzəştə getmək istəmirsə, biz ona nəsə deyə bilmərik, bu onun şəxsi seçimidir. Amma cəmiyyət nəsə edə bilər. Mən bu teatrı atam, anam üçün yaratmamışam, cəmiyyət üçün, Azərbaycan üçün yaratmışam. İndi də zəhmət çəkib bu dövlət teatra sahib çıxsın, şəxsi mülkü olan hər hansı bir şəxs yox. Biz ölkənin ilk müstəqil teatrıyıqsa, bu teatra dövlət sahib çıxmalıdır. Əgər sahib çıxmaq istəyirlərsə çıxsınlar, çıxmırlarsa, biz əşyalarımızı küçəyə qoyub, teatrın taleyini sonsuzluğa buraxacağıq, artıq nə olursa, olsun”.

Qeyd edək ki, ADO Teatr kollektivi 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb və incəsənətin müxtəlif sahələri ilə məşğuldur.

Ötən gün – Milli teatr günüdə ADO-nun yaşadığı bu arzuolunmaz hadisədən sonra teatr əməkdaşları bütün loqoları tərsinə çevirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!