“Bizi daim nəyisə imzalamağa məcbur edəcəklər“   - Köçəryan

saytların hazırlanması

Evə çatdırılma

“Bizi daim nəyisə imzalamağa məcbur edəcəklər“ - Köçəryan

Rəsmi

19 May 2021 16:02 1502


Ermənistanın eks-prezidenti Robert Köçəryan çərşənbə axşamı səhiyyə işçiləri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu zaman suallar daha çox Sünik və Geğarkunik vilayətlərindəki sərhəd vəziyyəti, o cümlədən Ermənistanın KTMT-yə kömək üçün müraciət etməsi ilə bağlı olub.

Köçəryan isə öz növbəsində ermənilərə mövqelərini dərinləşdirməli olduğunu bildirib: Pepperoni pizza

“Mövqeyinizi dərinləşdirin, Azərbaycan irəliləyib. Siz bütün dünyaya, “Qazaxıstan, Qırğızıstan gəlsin, Azərbaycanı geri çəkin”,-deyə səs salırsınız. Bəs siz haradasınız? Niyə KTMT-dəki hər kəsin KTMT üzvü olmayan Azərbaycanla münasibəti daha yaxşıdır? Bu sadə suala cavab verməlidirlər, ya yox? Niyə Belarusiya, Qazaxıstan və digər ölkələrin Azərbaycanla münasibətləri daha yaxşı olmalıdır? İndi onlara müraciət edin. Niyə sizi qorumalıdırlar? Sərhəddə dayanmırsınız, sərhədlərinizi müdafiə etmirsiniz, KTMT-yə müraciət edirsiniz və insanlara “KTMT-yə müraciət etdim”i qəhrəmanlığı kimi təqdim edirsiniz, bəs sonra?  Dövlətin əsas funksiyalarından biri olan təhlükəsizliyi təmin etmək sadəcə bir zarafata çevrilib.”.

Köçəryan Sünikdə baş verə biləcək hadisələrlə bağlı da fikirlərini bölüşüb:

“Ölkənin sərhədlərini möhkəmləndirmək üçün heç bir şey edilmir. Sərhədiniz varsa, silahlı qüvvələrinizlə onu müdafiə etməlisiniz. Buna görə mövqelərinizin harada olduğunu anlamalısınız. Bu dövr ərzində silahlı qüvvələrimizə həmin sərhəddə uyğun sıxlığı olan qoşun yeritmək imkanı verilməli idi. İnanıram ki, ilk növbədə bizdən sərhədlərin müəyyənləşdirilməsini tələb edəcək və bu sərhədləri tanımağa məcbur qoyacaqlar. Ümumiyyətlə, daim nəyisə imzalamağa məcbur edəcəklər. Bu anda ən böyük problemimiz müqavimət göstərmək üçün yeni mənbələrin çatışmazlığıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!