“Bizi polisdən gizlətdilər“ - Damla başına gələnləri danışdı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Bizi polisdən gizlətdilər“ - Damla başına gələnləri danışdı – VİDEO

Şou

11 Oktyabr 2021 12:15 3628


Müğənni Damla ötən il karantin zamanı Dərbənddə məcburən qalması barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda danışan ifaçı sərhəddi keçə bilmədiyini, orada bir ailənin ona və kollektivinə yardım etdiyini bildirib:

“Hazırda Dərbənddəyik, dünən xeyir işə gəlmişdik. Dərbənd mənim üçün xatirələrlə dolu bir yerdir. Bildiyiniz kimi, ötən il karantin müddətində biz sərhəddi keçə bilmədik və burada qalmağa məcbur olduq. Vətənə dönə bilmirdik, çox ağır günlər idi. Bunun stressi, əziyyəti bizi çox sıxırdı. Həmin günlərdə bir otel bizə ev sahibliyi etdi. Karantinə görə polislər bütün otelləri nəzarətə götürmüşdü, otel sahibləri heç bir turisti qəbul etmirdi, evlərin kirayəsi də dayandırılmışdı. Dərbənddəki oteli sahibi İnam müəllim və onun xanımı bizə himayədarlıq etdilər. Polis yoxlamasına baxmayaraq, bizə qucaq açdılar, dəfələrlə bizi gizlətdilər. Bizə sözün əsl mənasında, analıq-atalıq etdilər. Bu gün Dərbəndə gələr-gəlməz qaçaraq həmin gözəl ailənin yanına getdik, onların qonağı olduq, bir daha təşəkkür etdik”. Sezar pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!