“Bizi “Qarabağ“la çətin oyun gözləyir“   - Rəqib danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bizi “Qarabağ“la çətin oyun gözləyir“ - Rəqib danışdı

İdman

15 Sentyabr 2021 14:05 713


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel”in meneceri Filipp Kaufmann Ağdam təmsilçisi ilə matç öncəsi fikirlərini bildirib.

Yenisabah.az xəbər verir ki, Kaufmann İsveçrə mətbuatına açıqlamasında deyib:

“Oteldə qalacağıq. Yalnız məşq və oyun üçün oteldən ayrıla bilərik. Azərbaycanda qaydaların bir az sərt olduğunu bilirik. Buna baxmayaraq, biz bir neçə günlük gəlmişik və bunun bizim üçün böyük əhəmiyyəti yoxdur. Rəqibi təhlil etmişik. Bizi “Qarabağ”la çətin oyun gözləyir. Qələbə qazana bilərik. Bizim üçün önəmli oyundur. Konfrans Liqasında daha irəli getmək istəyirik. Sıx qrafikdə oynayacağıq. Buna baxmayaraq, hər oyunda mümkün qədər yaxşı performans sərgiləməyə çalışırıq”. pizza sifarişi

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də start götürəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!