“Bizi qırırlar, axırımıza çıxırlar“ - Rus əsgərinin ETİRAFLARI + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Bizi qırırlar, axırımıza çıxırlar“ - Rus əsgərinin ETİRAFLARI + VİDEO

Maraqlı

17 Mart 2022 15:35 761


"Bizi buraya göndərəndə dedilər ki, xüsusi hərbi əməliyyat tezliklə başa çatacaq. Amma müharibə tezliklə başa çatana bənzəmir". 

Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin iki mənsubu orta məktəblərdən birinin dəhlizində video çəkərək ailə üzvlərinə yollayıblar.

Milli.Az bildirir ki, videoda əsgərlər Ukraynadakı döyüşlərin ağırlığından, vəziyyətlərinin çox pis, qorxulu və məşəqqətli olmasından şikayətləniblər. Sezar pizza

"Bizi qırırlar, axırımıza çıxırlar. Batalyondan cəmi 20 nəfər qalıb. Dəhşətdir. Hər yerdən atırlar, vururlar. Bizi harada ən ağır yer varsa, ora yollayırlar. Vəziyyət pisdir! Çox pisdir!", - əsgərlərdən biri deyib.

O biri isə "Elə demə!" söyləyərək yoldaşına xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!