“Bizim başqa çarəmiz qalmamışdı”–   Rahid Əmirquliyev 

saytların hazırlanması

Evə çatdırılma

“Bizim başqa çarəmiz qalmamışdı”– Rahid Əmirquliyev 

İdman

30 İyul 2019 10:15 1396


Bildiyiniz kimi, “Səbail” Avroliqanın ilk təsnifat mərhələsində “Krayova” klubuna məğlub olaraq, mübarizəni dayandırmalı oldu. “Səbail”in kapitani Rahid Əmirquliyev “Yeni Sabah”a müsahibəsində Avroliqadakı çıxışlarından danışıb. Onun müsahibəsini təqdim edirik:

- Əvvəlcə oyununuzdan danışaq. Avroliqadakı oyununuzu necə dəyərləndirərdiniz?

- Baxmyaraq ki, “Səbail” ilk dəfə idi ki, Avroliqada çıxış edirdi, Avropa təcrübəsi olmayan komanda üçün “Səbail” yaxşı çıxış elədi. Həm rəqib güclü komanda idi, cütün favoriti idi. Baxmyaraq ki, mərhələni keçə bilmədik, bizim üçün təcrübə oldu, təcrübə qazandıq. “Səbail” ilk dəfə AL-da çıxış etsə də, tərkibində AL təcrübəsi olan futbolçular var idi. Şəxsən mənim üçün belə oyunlarda oynamaq xoşdur. Xüsusən, oradakı oyunu qeyd edərdim. Stadionda azarkeş dolu idi, yaxşı atmosfer var idi. Belə atmosferdə oynamaq daha maraqlıdır. pizza sifarişi

- Əslində, oyun göstərdi ki, siz də mərhələni adlaya bilərdiniz...

- Bilirdik ki, rəqib güclüdür, bizi çətin oyunlar gözləyir. Oyunlara yaxşı da hazırlaşmışdıq. Öz səhvlərimizdən uduzduq. İki oyunda qol buraxıb, mərhələ adlamaq çox çətin məsələdir. Səhvlərimiz çox oldu.

- Müdafiədə zəif oynamağınız ya 1 hücumçu ilə oyuna çıxmağınız o dediyiniz səhvlərə aiddir?

- Səhvlər deyəndə, çox sadə qollar buraxdıq. Kiminsə üstünə atmaq düzgün şey deyil. Amma müdafiədə etdiyimiz səhvlərə görə uduzduq deyə bilərəm.

- Səfərdə 2 qol vurmağınız baş məqşçinizdə belə təəccüb yaratmışdı. Bəs siz necə səfərdə qol vura biləcəyinizi gözləyirdinizmi?

- Birinci oyunda uduzmağımıza baxmayaraq, komandada ruh düşkünlüyü yox idi. Bizim ümidimiz var idi ki, rəqibə səfərdə qol vura bilərik. Lazım olan qollar vurduq, ancaq öz səhvlərimizdən buraxdığımız qollar bizə mərhələ keçməyə maneə yaratdı. 

- Sizcə, ilk oyun səfərdə olsaydı, nəticə fərqli ola bilərdimi?

- Bəli, bəlkə də, birinci oyun səfərdə olsaydı, matçın nəticəsi başqa cür ola bilərdi. Birinci oyunu səfərdə keçirmək daha yaxşı olardı. Amma artıq bunun o qədər də fərqi yoxdur.

- Oyuna qorxu ilə başlamaşdınız, sanki. Bu rəqibdə olan qorxu idi, ya AL-dakı ilk oyun həyacanı?

- Mən deməzdim, biz qorxu ilə oyuna başlamışdıq. Sadəcə bilirdik ki, qol buraxsaq, işimiz çətinləşəcək. Ona görə də oyuna müdafiə ilə başladıq. Qol buraxdıqdan sonra bizim başqa çarəmiz qalmamışdı, bundan sonra hücum futbolu oynamağa başladıq.

- İki oyuna 6 qol buraxdınız, 4 qol vurdunuz. Təcrübədi, ya uğursuzluq?

- Oyun baxımından dəqiq təcrübə idi. Ancaq iki oyuna 6 qol buraxmaq çox pis haldır. Bu əlbəttə, uğursuzluqdur. 6 qol buraxmaq o deməkdir ki, komandanın problemləri var. Çalışacağıq ki, o problemləri aradan qaldıraq.

- Bu problemlər növbəti mövsümdə uğur qazanmağa maneə törədə bilərmi?

- Əlbəttə. Yenə deyirəm, iki oyuna 6 qol buraxmışıqsa, ciddi problemlərimiz  var. Bunları aradan qaldırmaq lazımdır. Çempionata vaxt var. Çalışacağıq ki, bu səhvlərin üzərində işləyək. Səhvləri aradan qaldırmaq, çempionatda bu səhvlərə yol verməmək üçün üzərimizdə işləməliyik.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!