“Bizim canımız can deyil?”   – Terim əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Bizim canımız can deyil?” – Terim əsəbiləşdi

İdman

16 Mart 2020 13:44 1066


Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində keçirilən “Beşiktaş” – “Qalatasaray” matçından sonra “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim qalmaqallı açıqlama verib. 

Yenisabah.az “Milliyet”ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis çempionatın dayandırılmamasına görə əsəbiləşib. O bildirib ki, koronavirus hər kəs üçün təhlükəlidir və bu halda çempionat davam etdirilməli deyil: “Topdaşıyan uşaqların əlcək geyinməsi heç nəyi dəyişmir. Bizim canımız can deyil? Bizim ailəmiz yoxdur? Heçmi Allahdan qorxmursunuz? Canımızı çöldən tapmışıq? Bizi niyə bu tərzdə kənara atırsınız axı? Heç bir oyun bu şəkildə oynanılmalı deyil. Nə olsun kİ, azarkeşsiz keçiriləcək? Biz futbolçulara küncdən zərbə zamanı nə deyək? Deyək ki, təmas olmasın? Bu necə ola bilər axı? Ən böyük zarafat bilirsiniz nədir? İki gün öncə Tennis Federasiyasının oyunları təxirə salması. Bunun elmi açıqlaması olmalıdır. Cəza almamaq üçün heç kimə nəsə demək istəmirəm. Amma oyunların keçirilməsi həyati təhlükədir. Buna TFF bir çözüm bulmalıdır. Bu elə bir xəstəlikdir ki, getdikcə yayılır. Bütün dünya mübarizəyə qalxıb. Məktəblər bağlanıb, sərhədlər bağlanıb. NBA-nın təxirə salınacağını gözləyirdiniz heç? Amma bizim oyunlarımız davam etdirirlir. Birimizdə virus çıxsa, hamımız karantinə aparılacağıq. Canımızın sağlamlığı əsas məsələdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!