Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkələr barədə danışıb.
Yenisabah.az xəbər verir ki, sənətçi sosial şəbəkələrdə təhqir yazanları qəbul etmədiyini bildirib:
"Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma artıq işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım. 15-20 il öncə tamaşaçılar bizi yalnız televiziyalarda görürdülər, şərhlərin yazılmasına tribuna yox idi. Dördpendirli pizza
Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm".
O, müğənnilərin həyatının heç də göründüyü kimi gözqamaşdıran olmadığını bildirib:
"Bu yazdıqlarımı təkcə özüm üçün yox, özümü başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz - müğənnilərin həyatı şəkillərdə görməyə alışdığınız kimi, hər zaman gözqamaşdıran və parlaq olmur. Bizim də problemlərimiz, “Nə edim? Necə edim?” düşünürək çarəsiz qaldığımız zamanlar olur. Amma biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu bizim işimizdir! Ən xoşbəxt və ya ən kədərli anlarınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir. Əlbəttə, səhvlərimiz də olur, heyif ki, göz qabağında olduğumuzdan o səhvlər bağışlanmır. Sizin dəstəyinizi ummağımız məncə çox təbiidir. Yazdıqlarım mənim İnstaqram dostlarıma aid deyil, əsla! Hamı sizin qədər sevgi paylaşmır. Sadəcə sosial şəbəkələrdəki ab-havanı müşahidə edib dərdləşdim sizinlə. Ürəyimdən gəldi".
Telegram kanalımız