“Bizim günahımız nədir?” –   Azərbaycanlı məşhurdan Kəmaləddin Heydərova müraciət

saytların hazırlanması

Evə çatdırılma

“Bizim günahımız nədir?” – Azərbaycanlı məşhurdan Kəmaləddin Heydərova müraciət

Sosial

11 Oktyabr 2019 07:41 2378


Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova  və “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyevə  müraciət edib. 

“Yeni Sabah” xəbər verir ki, T.Əliyev yaşadığı binaya qazın verilməməsindən şikayətçi olub və bu  barədə sosial şəbəkədə paylaşım edərək şikayətini dilə gətirib:

“Hörmətli FHN Kəmaləddin müəllim və “Azəriqaz”ın Baş direktoru Əkbər Hacıyev, məcbur olub buradan sizə müraciət edirəm. Yaşadığım bina Bakının iki strateji obyektinin (Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi) qarşısında yerləşdiyindən əminəm ki bu bina tikiləndə binanın bütün sənədləri tikintidə istismara yararlı olmağına əmin olmasaydılar, bu bina tikilməzdi. 205 mənzilli bu binanın hal-hazırda suyu, işığı mövcuddur. Hər birisi sayğaclarla təmin edilib.  pizza sifarişi

Bu gün cənab Prezident İlham Əliyevin vətəndaşların yaşayışının yaxşı olmasını düşünərək hətta ucqar rayonlarda da vətəndaşlarımızı qazla təmin edib və etdirir. Amma əfsuslar olsun ki, bizim binanın qazla təmin olunması üçün bütün proseslər başa çatıb. Binaya qaz çəkilib, sayğaclar qoyulub, bloblar vurulub qaz verilməsinə tam hazır olması barədə akt da imzalanıb. Bu gün qaz verilməsini gözləyərkən "Azəriqaz" bildirir ki, FHN binanın ümumu təhvil aktını verməsə, qaz verilməyəcək. 

İndi mənə maraqlıdır, bu aktı verməsələr, binanı sökəcəklər? Burada bizim günahımız nədir? Vətəndaşlar soyuqdan binada yaşaya bilmir. Xahiş edirəm, cənab nazir bu barədə müvafiq tapşırıqlarınızı verəsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!