“Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadır” -   Comart Otorbayev

saytların hazırlanması

Evə çatdırılma

“Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadır” - Comart Otorbayev

Siyasət

12 Oktyabr 2020 17:14 1533


2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Yenisabah.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident Əliyev. Pepperoni pizza

Ölkənizin dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.

Mən qətiyyətlə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.

Dünya birliyi 30 ildir ki, Azərbaycan ərazisinin işğalı problemini həll edə bilmir.

BMT öz nüfuzunu qorumaq üçün məsələyə müdaxilə etməli və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirməlidir.

Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!