“Bizim supermarket”də “kərə yağı” adı altında görün nə satırlar? - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Bizim supermarket”də “kərə yağı” adı altında görün nə satırlar? - Fotolar

Sosial

13 Dekabr 2019 15:28 1197


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər.

Agentlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!