Xəbər verdiyimiz kimi, İspaniyanın məşhur “Marca” nəşri "Qarabağ"ın İspaniyadan daha bir futbolçu transfer edəcəyi ilə bağlı məlumat yayıb. Belə ki, Ağdam klubunun "Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montieli heyətinə qatması iddia edilir.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu sözləri deyib:
“Bizdən 2 nəfər İspaniya çempionatının oyununa baxmağa getmişdi. Ola bilər ki, bizim izlədiyimiz hər hansı komandanın heyətində o futbolçu var. Çünki onlar “Rayo Valyekano”nun oyununu izləyiblər. Amma sadəcə “Rayo Valyekano”nun yox, başqa komandaların oyunlarına da baxıblar. Ona görə də, baxdığımız komandalar içində danışdığımız oyunçular ola bilər. Amma hazırda konkret bir transferimiz yoxdur”. Marqarita pizza
Naibə Məmmədova
Telegram kanalımız