“Bizimləsən” verilişindən tanınan Aslanla  Aygün ailə qurdu –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Bizimləsən” verilişindən tanınan Aslanla Aygün ailə qurdu – VİDEO

Şou

19 Fevral 2025 10:24 313


“Bizimləsən” verilişinin tamaşaçılarının yaxşı tanıdığı Aslan və Aygün bu gün rəsmi olaraq ailə həyatı qurublar. Cütlüyün toy mərasimi səmimi və duyğusal anlarla yadda qalıb.

Lakin toy məclisində üzücü bir məqam da yaşanıb.

Yenisabah.az xəbər verir ki, gəlin Aygünün ailəsindən heç kim onun bu xoşbəxt günündə iştirak etməyib. Gözlənilməz vəziyyət gənc gəlinin duyğularına hakim ola bilməməsinə səbəb olub və o, göz yaşlarını saxlaya bilməyib. Toy iştirakçıları Aygünü sakitləşdirməyə çalışsalar da, ailəsinin yoxluğu onun üçün ağır məqam olub. pizza hut

Buna baxmayaraq, bəy Aslan və digər qonaqlar gəlinin yanında olaraq ona dəstək olmağa çalışıblar. 

Sosial şəbəkələrdə paylaşılan görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri Aygünün kədərinə ürək yanğısı ilə yanaşaraq ona dəstək mesajları yazıb, digərləri isə cütlüyə xoşbəxtlik arzulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!