Biznesmen evinə girən oğrulara görün nə etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Biznesmen evinə girən oğrulara görün nə etdi - Video

Dünya

26 Sentyabr 2019 23:13 1459


Böyük Britaniyada Əli Asif adlı biznesmen evinə oğurluğa girən 4 nəfər silahlı şəxslə əlbəyaxa davaya çıxıb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı ilə evdə olan Əli qəribə səslər eşidib. Qapıya tərəf gedən ev sahibi başdan-ayağa qara geyinmiş bir nəfərlə rastlaşıb. Əli dərhal ona hücuma keçib. Onun sözlərinə görə, 30 yaşlı xanımı Şarlottanı qorumaq üçün silahlı şəxslərin qarşısına əliyalın çıxmalı olub. O bunu instinktiv olaraq etdiyini deyib:

“O, mənə vurdu və biz döyüşməyə başladıq. Daha sonra ikinci şəxs gəldi. Düşündüm ki, yuxarı – arvadım olan mərtəbəyə qalxacaqlar. Buna icazə verə bilməzdim”. Dominos pizza

Əli oğruları itələyərək həyətə çıxarmağı bacarıb. Video-görüntülərə əsasən, basqınçılardan birinin əlində vintaçan olub. Əli də mətbəxə qaçaraq bıçaq götürüb. Quldurlar qaçmağı bacarıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!