Biznesmeni öldürmək üçün Kiprə göndərilən azərbaycanlı killer yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Biznesmeni öldürmək üçün Kiprə göndərilən azərbaycanlı killer yaxalandı

Kriminal

29 Sentyabr 2021 17:40 1324


Kipr polisi (yunan Kipri,-red.) bu ölkədə yaşayan “nüfuzlu biznesmeni” öldürmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı killeri yaxalayıb. virtualaz.org xəbər verir ki, bu haqda in-cyprus.philenews.com portalı polisdəki mənbələrə istinadən bildirir.

Məlumata görə Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı bu həftənin bazar ertəsi, sentyabrın 27-də Kiprin yunan hissəsi ilə türklər yaşayan hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçdikdən tezliklə sonra Nikosiyada saxlanılıb. Polis bir neçə gündür onu izləyirmiş, saxlanılarkən bu şəxsin avtomobilində səsboğucu ilə təchiz edilmiş tapança aşkarlanıb

Polis ehtimal edilir ki, şübhəli şəxs Nikosiyada qətl törətməyi planlaşdırıbmış. Belə aydın olur ki, saxlanılan azərbaycanlı tək olmayıb, onunla birlikdə daha bir neçə azərbaycanlı Kiprə gedib. Məlum olub ki,  azərbaycanlılar bir neçə gün əvvəl Kirpin Larnaka aeroportuna enən təyyarədə olublar. Onlar daha sonra adanın türk hissəsinə (tanınmamış Şimali Kipr Türk Respublikasına,-red.) keçiblər. Lakin bazar ertəsi onlar yenidən Kipr respublikasına geri qayıdıblar. pizza mizza

Polis istisna etmir ki, bu şəxslərin qurbanı son illər Kiprdə yaşayan və işləyən israilli biznesmen ola bilərdi. Lakin dəqiq dəlillər olmadığından bu barədə rəsmi açıqlama verilmir, şübhəli şəxs isə susur və istintaqla əməkdaşlıqdan imtina edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!