Blinken İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Blinken İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi

Siyasət

21 Sentyabr 2024 18:24 418


ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram. pizza mizza

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.

Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq.

"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.

Bugünkü telefon danışığımız zamanı qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları əməkdaşlığımızı genişləndirmək və qlobal enerji keçidi və Azərbaycanın enerji gündəliyi daxil olmaqla, müxtəlif vacib məsələlər üzrə birgə çalışmağa hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!