Blogerdən İçərişəhərdə limon satan yaşlı kişiyə jest  - Video

Blogerdən İçərişəhərdə limon satan yaşlı kişiyə jest - Video

Şou Veb saytların hazırlanması

29 Noyabr 2023 18:00 2113


Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov təqdirəlayiq addımı ilə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, hazırda Bakıda olan Hüseyn İçərişəhərdə restoranların birində nahar zamanı küçədə limon satan yaşlı kişini görüb və ona jest etməyə qərar verib.

O, yaşlı kişiyə yaxınlaşaraq onunla söhbətləşib və satdığı bütün limonları alıb. Limonların qarşılığında Hüseyn ona 100 dollar (təxminən 170 manat) pul verib.

Hüseyn həmin anları sosial şəbəkə hesabında paylaşaraq insanları qayğı və nəzakətə səsləyib. 

Həmin anları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!