Blogerə 140 min ziyan vurmuş sabiq vəkilə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Blogerə 140 min ziyan vurmuş sabiq vəkilə hökm oxundu

Kriminal

10 Oktyabr 2022 11:13 979


Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərliyə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az Report-a xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. Dominos pizza

O, əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Sabiq vəkil ona 130 min manatdan çox zərər vurub.

V.Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. O, bir müddət əvvəl Kollegiyadan uzaqlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!