Blogerlər zəhərli gölə axın edirlər -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Blogerlər zəhərli gölə axın edirlər - SƏBƏB

Hadisə

08 May 2021 12:07 1099


Dünyada koronavirus əleyhinə peyvəndləməni sürətləndirən ölkələrin səyahət qadağaları və məhdudiyyətləri davam etdirdiyi bir vaxtda, rus bloqqerlər sosial media hesablarını aktiv tutmağa çalışır.

Yenisabah.az xəbər verir ki, hətta bu səbəblə onlar təhlükəli ərazilərə getməkdən də çəkinmirlər. Şəkillər çəkmək üçün Ural dağlarında nüvə fəlakətinin yaşandığı bölgədəki zəhərli gölə axın edirlər.

Bildirək ki, nüvə fəlakətinin baş verdiyi bölgənin yaxınlığında “Ural dağlarının Balisi” olaraq bilinən Kaolin gölü fotoşəkillərdə olduqca gözəl görünsə də, oraya girməməklə bağlı tez-tez xəbərdarlıq edilir. Toyuqlu pizza

Xatırladaq ki, 1957-ci ilin sentyabrında Ural dağlarındakı Kiştim yaxınlığında gizli saxlanılan Mayak nüvə yanacaq zavodundakı partlayışda yüzlərlə kilometr boyunca nəhəng bir radioaktiv bulud yayılıb. Təxminən 250 min insanı əhatə edən partlayışdan sonra bəzi bölgələr boşaldılıb. Nüvə müəssisəsində çalışan onlarla işçi və ətrafdakı 200-dən çox insan kəskin radiasiya sindromu səbəbiylə həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!