Bloqer avtomobilində ölü tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bloqer avtomobilində ölü tapıldı - Fotolar

Dünya

11 Oktyabr 2025 15:01 392


Ukrayna paytaxtı Kiyevin Obolon rayonunda başından güllə yarası almış 32 yaşlı kişi meyiti aşkarlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC-Ukrayna" Kiyev polisinə istinadən məlumat verib.

Məlumata görə, mərhum bu gün səhər saatlarında avtomobilinin içərisində tapılıb və yanında öz adına qeydiyyatda olan silah müəyyən edilərək götürülüb. pizza hut

İlkin araşdırmalar nəticəsində ölən şəxsin kriptovalyuta sahəsində fəaliyyət göstərən iş adamı və bloqer olduğu müəyyən edilib. Bir gün əvvəl, o, ailəsinə maddi sıxıntılar səbəbindən depressiyaya düşdüyünü bildirib və vida mesajı göndərib.

Polis ölənin adını açıqlamasa da, sosial şəbəkələrdə onun biznesmen Kostya Kudo kimi tanınan Konstantin Qaniç olduğu barədə məlumatlar yayılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Qanlı olayın səbəbləri müəyyənləşdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!