BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

Maraqlı

28 Fevral 2023 13:14 630


BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək. 

Yenisabah.az xəbər verir ki, Prezident C.Kőrösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq. 

C.Kőrösinin Azərbaycanda yüksək səviyyədə görüşləri gözlənilir.  Pepperoni pizza

Qeyd edək ki, səfər martın 3-də başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!