BMT Baş katibi dünya dövlətlərinə çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

BMT Baş katibi dünya dövlətlərinə çağırış etdi

Dünya

04 Aprel 2021 13:23 734


Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü münasibəti ilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatı yayılıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Yenisabah.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günündə minaların səbəb olduğu təhlükələrə qarşı maarifləndirmə işlərində gördüyümüz işləri nəzərdən keçiririk və minasız dünyaya nail olmaq öhdəliyimizi bir daha bəyan edirik.

Bəyanatda qeyd olunur ki, Minalar Əleyhinə Konvensiyaya 160-dan çox dövlət qoşulub: “Bu konvensiyaya qoşulmayan ölkələri ləngimədən qoşulma qərarını verməyə çağırıram.  Minalar, partlayıcı maddələrin qalıqları, əldəqayırma partlayıcı qurğular həssas təbəqəyə aid olan insanlara, məcburi köçkünlərə, məhrumiyyətlərə məruz qalmış insanlara və uşaqlara daha çox təsir edir. Onlar dinc həll yollarını çətinləşdirir, humanitar yardımlara əngəl yaradır, eləcə də dayanıqlı və inklüziv inkişafa mane olur. Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənə bilmərik.  BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarıb, təmizləyib və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemlə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!