BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya

Siyasət

02 İyul 2025 01:17 568


"BMT Rusiya ilə Azərbaycan arasında "artan gərginlik"dən xəbərdardır".

Oxu.Az BMT-nin saytına istinadla xəbər verir ki, bunu BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik deyib.

O həmçinin Moskva və Bakının mübahisələri diplomatik yolla həll edəcəklərinə ümid etdiyini bildirib. Dominos pizza

"Biz hər iki ölkədə insidentlərlə müşayiət olunan Azərbaycan və Rusiya arasında artan gərginlikdən xəbərdarıq. Ümid edirik ki, hər şey diplomatik kanallarla həll oluna biləcək və jurnalist fəaliyyəti azadlığı təmin olunacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, iyunun 27-də güc strukturlarının əməkdaşları Yekaterinburqda azərbaycanlılara qarşı reydlər keçirib. Reyd zamanı iki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. "E1" nəşri 50-yə yaxın saxlanılanın olduğu barədə məlumat verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!