Yaxın Şərqdəki hərbi münaqişə ərəb ölkələrinin ÜDM-nə 120 milyard ilə 194 milyard dollar arasında ziyan vura bilər.
"Yeni Sabah" xəbər verir ki, bu, BMT-nin İnkişaf Proqramının (BMTİP) təhlilində əks olunub.
Sənəddə bildirilir ki, regionda işsizliyin 4%-ə qədər artması təxminən 3,6 milyon iş yerinin itirilməsi və 4 milyona qədər insanın yoxsullaşması mümüknüdür. Sezar pizza
Hesabat müəllifləri iddia edirlər ki, münaqişə nisbətən tez başa çatsa belə, Yaxın Şərq ölkələrinə dəyən ziyan böyük olacaq. Körfəz Əməkdaşlıq Şurası və Levant bölgəsindəki ölkələr (İsrail, Suriya, Livan və İordaniya) ən çox zərər çəkə və hər bir region potensial olaraq ÜDM-nin 5,2%-dən çoxunu itirə bilər.
Telegram kanalımız