BMT-nin iclasına gələn braziliyalı diplomat koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

BMT-nin iclasına gələn braziliyalı diplomat koronavirusa yoluxdu

Dünya

21 Sentyabr 2021 22:57 890


BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Braziliya prezidenti Jair Bolsonaronun nümayəndə heyətində olan diplomatlardan birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Yenisabah.az xəbər verir ki, Braziliya missiyası diplomatın prezidentlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Braziliya nümayəndə heyətinin ötən gün vaksin pasportunun zəruri olduğu Nyu-York şəhərindəki restoranlara alınmadığı iddia olunur. Dominos pizza

Brazilyanın xarici işlər naziri Qilson Maçado tviter hesabında prezidentin nümayəndə heyəti ilə bərabər restorandan kənarda pizza yediyinin əks olunduğu foto paylaşılıb.

Ölkə başçısı J.Bolsonaronun da peyvənd olunmadığı bildirilir.

BMT-nin sözçüsü Stefan Djuarrik məsələ ilə bağlı Braziliya missiyası ilə əlaqə saxlanıldığını deyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!